Heqiqet.Az » dunya » Edam qərarları ilə tanınan prezidentə mükafat - Yaxşı idarəçiliyə görə


Edam qərarları ilə tanınan prezidentə mükafat - Yaxşı idarəçiliyə görə

3-08-2015, 15:44
Çap et
Edam qərarları ilə tanınan prezidentə mükafat - Yaxşı idarəçiliyə görə Şimali Koreya lideri Kim Çen In dövlət işlərini məharətlə idarə etdiyi üçün mükafata layiq görülüb.
Mükafat sentyabrda İndoneziya təhsil fondu Sukarno tərəfindən Kim Çen Ina təqdim olunacaq.
“Biz mükafatı Kim Çen Ina imperializmə qarşı mübarizə aparan dahi lider Kim İr Senin ideyalarını həyata keçirməkdə ardıcıllıq nümayiş etdirdiyinə görə verəcəyik”, -deyə Fondun yaradıcısının qızı Raçmavati Sukarnoputri bildirib.
Sukarnoputri hesab edir ki, bir sıra müşahidəçilər və jurnalistlərin Kim Çen Ina qarşı tənqidləri yersizdir:
“Cənubi Koreyanın insan haqlarının pozulmasına dair ittihamları yalandır. Bu yalnız Qərb təbliğatıdır. KXDR üzərinə çirkin yarlıqlar asmaq Qərb KİV-lərinin xoşuna gəlir”.
Qeyd edək ki, sözügedən mükafata daha öncə Mahatma Qandi və Myanmanın müxalif siyasi xadimi Aun San Su Çji layiq görülüblər.
Reytinq: