Sumqayıt sakini oğurluq edərkən ələ keçib20-04-2018, 11:52
Çap et Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.DİN-dən verilən məlumata görə, aprelin 18-də saat 16 radələrində Sumqayıt şəhəri Yaşma bağlar sahəsindəki bağların birindən 2 ədəd dəmir borunu oğurlamağa cəhd göstərən şəxs Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının əməkdaşları tərəfindən cinayət başında yaxalanaraq Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə təhvil verilib. Polis bölməsinə aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Gülmirzə Şəfiyev olduğu, həmçinin digər oğurluqlar törətdiyi də aydınlaşıb. Belə ki, onun cari ilin mart ayı ərzində daha 4 evin həyətlərindən elektrik naqili, inşaat materialları, təmir-tikinti alətləri və metal qırıntıları oğurlaması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.