Heqiqet.Az » siyaset » Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır


Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır

20-04-2018, 14:54
Çap et
Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır Prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır.
Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında deyib.
B.Muradova bildirib ki, bu məsələ həm parlamentin, həm də vətəndaş cəmiyyətinin gündəliyində idi: “Cənab Prezident bu məsələni çox asanlaşdırdı. Biz parlament olaraq düşünürdük ki, mövcud qanun layihəsinə müəyyən dəyişikliklər etməklə bunu həyata keçirə bilərik, lakin cənab Prezidentin fərmanı bu məsələni yoluna qoydu”.
Vitse-spiker bildirib ki, bu fərman Azərbaycan vətəndaşına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş, sağlamlığını itirmiş insanlara olan münasibətin bir göstəricisidir.
Qeyd edək ki, Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.
Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.
Reytinq: