Kəmaləddin Heydərov Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib30-04-2015, 21:56
Çap et ![]() Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Mülki Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Heqiqet.az-ın Lent.az-a istinadən məlumatına görə, nazir qonaqları səmimiyyətlə salamlayıb, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu sahədə Türkiyənin uyğun qurumları ilə uğurlu əməkdaşlığın davam etdirildiyini də vurğulayıb. Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Qərargah rəisi general-leytenant İhsan Uyar qardaş ölkənin ordusunun müvafiq qurumlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin geniş perspektivlərinin mövcudluğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

