Heqiqet.Az » sou » Nazpəri özünə sənətkar deyənləri TƏNQİD ETDİ: "...titulunu vermir"


Nazpəri özünə sənətkar deyənləri TƏNQİD ETDİ: "...titulunu vermir"

3-05-2018, 13:52
Çap et
Nazpəri özünə sənətkar deyənləri TƏNQİD ETDİ: "...titulunu vermir" Xalq artisti Nazpəri Dostəliyeva özünə sənətkar deyən gənc müğənniləri tənqid edib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan müğənni bildirib ki, bir ifaçı gənc yaşda sənətkar ola bilməz:
“"Sənətkar" sözünü hər insana demək olar. Sənətkar öz danışığı, davranışı ilə gələcək nəslə örnək olmalıdır. Eləsi var ki, deyir ki, mən gəncəm, amma sənətkaram. Bu düzgün ifadə deyil. Gözəl istedada malik ola bilərsən, səhnə mədəniyyətin də yaxşı ola bilər, amma həyat təcrübən sənə sənətkar olmaq titulunu vermir. Sənətkar olmaq üçün mütləq həyat təcrübən olmalıdır. Mən bu fikrə qəti şəkildə cavabımı verdim. Ola bilər ki, sənin yaxşı sənətin, mədəniyyətin var. Amma sən hələ gəncsənsə, sənətkar olmağın üçün həyat təcrübən mütləqdir”.

Reytinq: