Heqiqet.Az » sosial » Ağac kəsintisi ilə bağlı materiallar polis şöbəsinə göndərilib


Ağac kəsintisi ilə bağlı materiallar polis şöbəsinə göndərilib

8-05-2018, 10:28
Çap et
Ağac kəsintisi ilə bağlı materiallar polis şöbəsinə göndərilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən bildirilib ki, reyd zamanı Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə 3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkarlanıb. Faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.
Ağacların kim tərəfindən çıxarılaraq aparıldığının müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinə göndərilib.
Reytinq: