Əfv sərəncamının icrasına başlanılıb25-05-2018, 09:49
Çap et Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub. Bundan başqa, Nardaran hadisələrində təqsirləndirilən Babayev Nadir Ağaəli oğlu, Qasımov Əliağa Mahmud oğlu, Cabbarov Hilal Dəmir oğlu, Qurbanov Ələkbər Tofiq oğlu, Şahbazov Fail Atabala oğlu, Şahbazov Natiq Atabala oğlu, Quliyev Məmmədhənfə Əbdülrəhman oğlu, "2012-ci il Avroviziya işi"ndə təqsirləndirilən Abdullayev Valeh Məmmədağa oğlu, həmçinin AXCP üzvü Fərəcov Elnur Hüseynqulu oğlu və yazıçı Şəkərov Saday Əsəd oğlu da əfv olunanlar arasındadır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
