Heqiqet.Az » hadise » “VAZ” markalı avtomobili ağaca çırpılıb: ölən var


“VAZ” markalı avtomobili ağaca çırpılıb: ölən var

25-05-2018, 10:18
Çap et
“VAZ” markalı avtomobili ağaca çırpılıb: ölən var Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu, Kür qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Nəsibov Elmar Çingiz oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Reytinq: