Qətərdən Tunisə uçan təyyarə Bakıda məcburi eniş edib29-05-2018, 16:53
Çap et "Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur. "Heydər Əliyev Beynəlxalq Aeroportu “Qatar Airways” aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır", - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun havaməkanında məhz Bakı hava limanını seçirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
