Antibakterial məhsullar bizi ölümlə üz-üzə qoyurmuş - SENSASİYALI ARAŞDIRMA1-06-2018, 11:15
Çap et Birminhem Universiteti və Norveç Axtarış Parkının araşdırmaçıları antibiotikə qarşı müqavimət yaradan bakteriyalar (kinolon bakteriyaları) əleyhinə savaşan bakteriyaların tez-tez istifadə etdiyimiz antibakterial təmizlik məhsullarının tərkibinə qatılan "triklosan” adlı maddədə olduğunu kəşf edib. Araşdırmalara görə, kinolon müqaviməti mutasiyası bakteriyanın DNT hüceyrələrinə təsir göstərərək özünümüdafiə mexanizmlərini aktiv hala gətirir və bu müdafiə triklosana qarşı da gerçəkləşir. Kinolon antbiotikləri önəmli və güclü təsirləri olan dərmanlardandır. Və yeni hazırlanan bu kəşf triklosan istifadəsinin də bu antibiotikə müqavimət göstərməsilə bağlı qayğıları özü ilə birgə gətirib. Bunu sınaqdan keçirmək üçün aparılan araşdırmalar isə qayğıların haqlı ola biləcəyini göstərib. "E coli” adlı bakteriyalarla aparılan sınaqlarda triklosanın təsiri antibiotiklərin bakteriyalarla savaşmasını çətinləşdirib. Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox təmizlik vasitələrində triklosan antibiotiki olduğu üçün hazırda belə vasitələrin istifadəsini dayandırmaq doğru olmaz. Sadəcə triklosanın miqdarının azalmasına şərait yaratmaq lazımdır. Özəlliklə, uşaqları mümkün olduqca antibakterial sabun və təmizlik vasitələrindən uzaq tutmaqla zərərlərin qarşısını almaq vacibdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
