» » Rusiya Baş Qərargahının eks-rəisi axtarışa verildi


Rusiya Baş Qərargahının eks-rəisi axtarışa verildi

6-08-2015, 20:12
Çap et
Rusiya Baş Qərargahının eks-rəisi axtarışa verildi Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Valeri Gerasimov və 10 digər Rusiya hərbçisi barəsində axtarış elan edib. Ölkə ərazisində hərbi münaqişənin təşkilində ittiham edilir.
"Ayrı-ayrı hərbi qulluqçular Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi cənab Gerasimovun rəhbərliyi altında ölkə ərazisində münaqişənin təşkil edilməsini həyata keçirib", - deyə Ukraynanın Təhlükəsizlik Xidmətinin baş istintaq idarəsinin rəisi Qriqori Ostafiyçuk jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Kiyev məhkəməsi Rusiya hərbçiləri barəsində həbs qəti imkan tədbirini seçməkdədir.
İstintaq ötən il Donetsk vilayətinin İlovaysk şəhərində baş vermiş və yüzlərlə ukraynalı hərbçinin həlak olması ilə nəticələnən hadisələrlə əlaqədar aparılır.
Ukrayna tərəfinin məlumatına görə, “İlovaysk qazanı”nda Ukraynanın 360 hərbçisi həlak olub, daha 180 nəfər itkin düşüb.
Rusiya dəfələrlə Ukraynanın şərqində baş verən hərbi münaqişədə iştirakını və öz hərbi qulluqçularının qonşu ölkənin ərazisində olmasını inkar edib.
Reytinq: