Cocuq Mərcanlıya daha 23 ailə köçürülüb8-06-2018, 10:04
Çap et Bunu Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib. K.Həsənov bildirib ki, ikinci mərhələdə köç bir neçə gün öncə başlayıb və indiyə qədər 23 ailə kəndə köçürülüb. O qeyd edib ki, köç üçün ailələr nəqliyyat vasitəsilə də təmin olunub: "Köçmə prosesi davam edir və mərhələli şəkildə ailələr bütün evlərə köçürüləcək". Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
