Heqiqet.Az » dunya » Yaponiya sahillərində qəzaya uğramış ABŞ qırıcısının heyəti xilas edildi


Yaponiya sahillərində qəzaya uğramış ABŞ qırıcısının heyəti xilas edildi

11-06-2018, 12:10
Çap et
Yaponiya sahillərində qəzaya uğramış ABŞ qırıcısının heyəti xilas edildi Yaponiyanın Okinava vilayətinin sahillərində qəzaya uğrayıb dənizə düşmüş ABŞ HHQ-nin F-15 qırıcı təyyarəsinin heyəti Yaponiya müdafiə qüvvələri tərəfindən xilas edilib. Bu haqda Naxa hərbi bazasının rəhbərliyinə istinadən xəbər verir.
Tərkib sayı dəqiq bəlli olmayan qırıcının heyəti təyyarəni tərk etməyə nail olub və yapon müdafiə qüvvələri tərəfindən xilas edilib.
Xatırladaq ki, bazar ertəsi səhər saatlarında ABŞ HHQ-nə məxsus Okinavada yerləşən Kadena hərbi bazasının F-15 qırıcısı Naxa şəhərindən 80 kilometr aralıqda dənizə düşüb. İlkin məlumata əsasən qəza təyyarənin havaya qalxmasından bir neçə dəqiqə sonra baş verib.
Reytinq: