Heqiqet.Az » iqtisadiyyat » Kərəm Həsənov: Azərbaycanda dövlət müəssisələrinin qeyri-profilli aktivləri özəlləşdirilməlidir


Kərəm Həsənov: Azərbaycanda dövlət müəssisələrinin qeyri-profilli aktivləri özəlləşdirilməlidir

12-06-2018, 16:21
Çap et
Kərəm Həsənov: Azərbaycanda dövlət müəssisələrinin qeyri-profilli aktivləri özəlləşdirilməlidir Azərbaycanda dövlət müəssisələrinin restrukturizasiyasını və onların qeyri-profilli aktivlərinin özəlləşdirilməsini həyata keçirmək lazımdır.
Bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.
O bildirib ki, bir sıra dövlət müəssisələrinin kiçildilməsi lazımdır:
“Bunun üçün bu müəssisələrin sağlamlaşdırılması həyata keçirilməlidir, daha sonra onların aktivindən qeyri-profilli müəssisələri çıxarmaq və özəlləşdirməyə çıxarmaq lazımdır. Ona görə də bizim əsas tapşırıqlarımızdan biri dövlət müəssisələrində qeyri-profilli aktivlərin müəyyənləşdirilməsidir”.
Komitə sədrinin sözlərinə görə, bu dövlət müəssisələrinin fəaliyyətini əhəmiyyətli dərəcədə sağlamlaşdırmağa imkan verəcək:
“Bu proses dövlət müəssisələrinin üzərinə düşən gərginliyi, dövlət büdcəsinin xərclərini azaltmağa imkan verəcək, bu isə öz növbəsində, dövlət müəssisələrinin daha sağlam fəaliyyətini təmin edəcək”.
Reytinq: