Demo Sayt » hadise » Gecə saat 4-də İcra Hakimiyyətinin binasına basqın etdi


Gecə saat 4-də İcra Hakimiyyətinin binasına basqın etdi

12-06-2018, 16:43
Çap et
Gecə saat 4-də İcra Hakimiyyətinin binasına basqın etdi Ağstafada oğurluğa cəhd göstərmiş şəxs tutulub.
Ötən gecə saat 4 radələrində Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin inzibatı binasına soxulmaq istəyən şəxslə bağlı məlumat əldə edib. RİH binasının arxa qapısnı sındıraraq oraya daxil olmaq istəyən şəxs hadisə yerindən qaçmaq istəyərkən tutulub və Ağstafa rayon Polis Şöbəsinə təhvil verilib.
Polis Şöbəsində aparılmiş araşdırmalarla oğurluğa cəhd göstərərkən saxlanılan şəxsin Ağstafa rayonu, Sadıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Abdulrəhmanov Rasim Vilayət oğlu olduğu məlum olub.
Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.
Reytinq: