» » Sumqayıt Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi


Sumqayıt Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi

14-06-2018, 13:15
Çap et
Sumqayıt Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu münasibətlə iyunun 13-də Sumqayıt Dövlət Universitetində Heydər Əliyev məktəbində “Azərbaycanın siyasi tarixinə qurtuluş günü - Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı” mövzusunda tədbir keçirildi.
Tədbirdə Əməkdar elm xadimi, Şöhrət ordenli, ictimai – siyasi xadim, təhsil eksperti – professor Şahlar Əsgərov, SDU-nun professor müəllim və tələbə heyəti iştrak etdilər.
Rektor professor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırdı və bu gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş, qəhrəmanlıq tarixidir. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlandı.Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoydu. Rektor onu da qeyd etdi ki, əgər xalqın təkidi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin olardı. Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ümummilli lider Heydər Əliyevin siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın dəstəyinə, ictimai inam amilinə söykəndi. Ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident cənab İlham Əliyev bu gün Ulu Öndərin siyasi xəttini uğurla davam etdirir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığına münasibətdə göstərdiyi prinsipial mövqe, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, vətəndaşlara qayğısı bunun əyani təcəssümüdür.
Əməkdar elm xadimi, Şöhrət ordenli, ictimai – siyasi xadim, təhsil eksperti – professor, Şahlar Əsgərov “Azərbaycanın siyasi tarixinə qurtuluş günü - Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı” mövzusunda məruzə ilə çıxış edərək ulu öndərin tarixi xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideyasından danışdı. Bildirdi ki, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Dahi lider 1994-cü ildə atəşkəsə nail olaraq ölkəmizin inkişafı üçün şərait yaratdı, xalqın gözlədiyi qurtuluş missiyasını reallaşdırdı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması gənc Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiya etməsində, onun tranzit potensialının artmasında mühüm addım oldu. Bu müqavilə Şərqlə Qərb arasında əməkdaşlıqda Azərbaycanın regiondakı liderliyini təmin etdi. Bir sözlə, ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan islahatların gerçəkləşməsi yeni - Azərbaycan modelini yaratdı.
Tədbirdə Diferensial tənliklər və optimallaşdırma kafedrasının dosenti, Əməkdar müəllim Əkbər Məmmədov “Qurtuluş ərəfəsində hakimiyyət daxili siyasi böhran”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Ulu Öndərin Bakı və Gəncə səfəri”, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Rübabə Sadıqova “15 İyun 1993 – cü il Qurtuluş günü”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Əməkdar müəllimi Bəhram Məmmədli “Heydər Əliyevin Azərbaycanda ictimai – siyasi sabitliyin yaranmasında tarixi xidmətləri” mövzularında çıxış edərək Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrdə müdrik və məqsədyönlü siyasətindən, respublikamızın sürətli inkişafında həyata keçirdiyi islahatlardan söz açdılar.

Sumqayıt Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü qeyd edildiSumqayıt Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü qeyd edildiSumqayıt Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi
Reytinq: