Heqiqet.Az » sosial » Metro gücləndirilmiş rejimdə çalışacaq


Metro gücləndirilmiş rejimdə çalışacaq

14-06-2018, 10:58
Çap et
Metro gücləndirilmiş rejimdə çalışacaq 5 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən verilən məlumata görə, əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub. Həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.
Reytinq: