Heqiqet.Az » iqtisadiyyat » Rusiyanın “LUKoyl” şirkətinə “Şahdəniz” yatağının işlənməsi üçün 500 milyon dollar kredit veriləcək


Rusiyanın “LUKoyl” şirkətinə “Şahdəniz” yatağının işlənməsi üçün 500 milyon dollar kredit veriləcək

7-08-2015, 11:34
Çap et
Rusiyanın “LUKoyl” şirkətinə “Şahdəniz” yatağının işlənməsi üçün 500 milyon dollar kredit veriləcək Müqaviləyə əsasən, AYİB və AİB hərəsi “LUKoyl” şirkətinə 500 mln. ABŞ dolları həcmində kredit verəcək
Bu gün Bakıda “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Rusiyanın “LUKoyl” şirkətinin investisiyalarının maliyyələşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı və “LUKoyl” şirkəti arasında sindikatlaşdırılmış kredit sazişinin imzalanması mərasimi keçirilib.
Kreditin ümumi həcmi 1 mlrd. dollar təşkil edir. Müqaviləyə əsasən, AYİB və AİB hərəsi “LUKoyl” şirkətinə 500 mln. ABŞ dolları həcmində kredit verəcək.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Rusiyanın “LUKoyl” şirkətinin iştirak payını təmin etmək üçün şirkətə sindikatlaşdırılmış kredit ayırmağa qərar verib. Kreditin ümumi həcmi 1 mlrd. dollar təşkil edir. Səlahiyyətli təşkilatçılar olan AYİB və Asiya İnkişaf Bankı hərəsi 500 mln. ABŞ dolları həcmində vəsaiti sindikatlaşdırılmış krediti kimi təqdim ediləcək. Borcalan qismində “LUKoyl”un xarici layihələr üzrə operatoru olan “LUKOIL Overseas” şirkəti çıxış edir.
Rusiyanın ən böyük özəl neft şirkəti layihədə iştirak payına əsasən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılmasına 3 mlrd. dollar vəsait yatıracaq.
Qeyd edək ki, “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 28,8%), “TPAO” (19%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), “Petronas” (15,5%), “LUKoil” (10%) və “NICO” (10%) şirkətləridir.
Xatırladaq ki, “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 mlrd. kubmetr həcmində qiymətləndirilir.
Reytinq: