Yaranmış enerji fasiləsi ilə bağlı bəzi marşrutların istiqaməti dəyişdirilib3-07-2018, 10:14
Çap et Bakı Nəqliyyat Agentliyi ötən gecə paytaxtın enerji təminatında yaranmış vəziyyətin nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə gecə saatlarından zəruri tədbirlər görüb.Agentlikdən verilən məlumata görə, əsas diqqət iyulun 3-ü səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib. "Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındakı, mövcud vəziyyətlə əlaqədar Bakı Metropoliteninin "Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayının artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən "Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun "Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar "20 Yanvar” stansiyasınadək hərəkət edəcək" deyə, məlumatda qeyd olunub. Həmçinin, paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb: "Svetoforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb. Mümkün məntəqələrdə svetoforların fəaliyyəti bərpa edilib. Digərlərinin də bərpası istiqamətində işlər aparılır". Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyyə edib ki, bəzi küçə və prospektlərdə svetoforların işləməməsini nəzərə alaraq, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə ehtiyatlı və diqqətli olsunlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakı Nəqliyyat Agentliyi ötən gecə paytaxtın enerji təminatında yaranmış vəziyyətin nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə gecə saatlarından zəruri tədbirlər görüb.