Heqiqet.Az » iqtisadiyyat » “Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesinə başlanılıb


“Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesinə başlanılıb

7-08-2015, 14:49
Çap et
“Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesinə başlanılıb Bankın ləğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC təyin edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası ləğv edilmiş “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvetmə prosesinə başlanılıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı iyulun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar qəbul edib.
“Azərbaycan Kredit Bankı” ASC-nin məcburi ləğv edilməsi; “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb.(ləğvedicinin hüquqi ünvanı: Bakı şəhəri, Mətbuat prospekti 18/7, 539-cu məhəllə. Tel: 012-439-47-22; 012-439-73-17)”, - deyə məlumatda bildirilib.
Ləğvetmə prosesi “Azərbaycan Kredit Bankı” ASC-nin baş ofisində- Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 167A nömrəli (əvvəlki Nizami, 111) ünvanda həyata keçirilir.
Qeyd edək ki, “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 59.5 , 59.5.1, 59.5.2-ci maddələrinə müvafiq olaraq bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi anda bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir və bununla əlaqədar olaraq bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur.
Beləliklə, ləğv prosesində olan “Azərbaycan Kredit Bankı”ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli 27 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub.
Reytinq: