Zaqatalada ana ölümü ilə bağlı ilkin ekspertiza rəyi6-09-2018, 15:32
Çap et Bu barədə Trend-ə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib. Birlikdən bildirilib ki, xəstənin narkozun təsirindən dünyasını dəyişib-dəyişmədiyi aparılan müayinələrdən sonra dəqiqləşdiriləcək: "Mərkəzə təqdim edilən xəstəlik vərəqəsində S.Karatovanın narkozdan öldüyü qeyd edilməyib. Orada yazılıb ki, Karatova Sevgiya üzərində sentyabrın 5-də aparılan qeysəriyyə kəsiyi əməliyyatı saat 15.50-də başa çatıb. Əməliyyatdan sonra onun vəziyyəti kafi qiymətləndirilib. Saat 20.50-də isə xəstənin vəziyyəti pisləşib. Xəstəlik vərəqində xəstədə tromboemboliyanın baş verməsi qeyd edilib”. Qeyd edək ki, Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı əməliyyatdan sonra dünyasını dəyişib. Mərhumun yaxınları S.Karatovanın narkozdan ayılmadığını iddia ediblər. Körpənin vəziyyəti normaldır. Xatırladaq ki, ötən il Azərbaycanda ana ölümünün səviyyəsi 2016-cı illə müqayisədə ümumilikdə 5,8 faiz artıb. Statistikaya əsasən Ana ölümünün səviyyəsi 2017-ci ildə əvvəlki illə müqayisədə şəhər yerlərində 1,4 dəfə azalıb, kənd yerlərində isə 1,4 dəfə artıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
