XİN: Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələlərinin müzakirəsi mexanizmi qüsursuz işləyir7-09-2018, 15:01
Çap et Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələlərinin müzakirəsi mexanizmi qüsursuz işləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı Trend-in Rusiya və Azərbaycan arasında regional təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlığın intensivləşdirilməsinin perspektivləri barədə sualına cavab olaraq deyib. O deyib: “Bizdə müvafiq mexanizm mövcuddur. Məsələn, xarici işlər nazirlikləri arasında müxtəlif mövzularda, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirəsini nəzərdə tutan məsləhətləşmələr keçirilir. Fikirləşmirəm ki, bunlar intensivləşdirmək və ya hansısa şəkildə azaltmaq lazımdır. Bu mexanizm gözəl işləyir. İki ölkənin dövlət qurumları və strukturları arasında dialoq mövcuddur və qüsursuz işləyir. Ona görə fikirləşirəm ki, hər hansı bir intensivləşdirmə indiki halda lazım deyil, çünki hər şey kifayət qədər intensiv işləyir. Amma hər hansı bir konkret məsələni xüsusi vurğulamaq lazım olarsa, bunu hər zaman etmək olar. Bizim Bakı ilə dialoqumuz gözəl inkişaf edir”. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
13:57
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib17:57
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar09:06
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirinin iştirakçıları “TRT Antalya” radiosunda olublar12:38
Prezident İlham Əliyev: Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün yeni məzmunla zənginləşirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|