"İradlarınızı mənə bildirə bilərsiniz" - Qurban Qurbanov11-09-2018, 14:40
Çap et Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında deyib. - Ardıcıl 2 heç-heçədən sonra qrupdan çıxa bilməməklə bağlı narahatlığınız var? - Burada nəticə verməyə çalışırıq. İnamımızı itirməməliyik. Çatışmazlıqları mən bilirəm. Digər komandaların da xal itkiləri olacaq. Şansımız yoxdur deyib, sakit durmamalıyıq. Çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq. Qalan 4 oyunda qalib gəlsək, qrupdan çıxa bilərik. Futbolçulara güvənib, bir olmalıyıq. - Rəqib futbolçuların oyunun vaxtını uzatması barədə nə deyə bilərsiniz? - Bunu səbəb kimi göstərməli deyilik. Həm burda, həm Bakıda bu cür halları gördük. Bu gün rəqib bir xal götürmək üçün hər şeyə əl atırdı. Bu cür pauzalar tempi salırdı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
