Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları araşdırılacaq12-09-2018, 19:41
Çap et Nazirlikdən verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Çexiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadi, ikiqat vergitutma, sərmayələrin təşviqi və qorunması sahələrində 25 sənəd imzalanıb. Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın fəaliyyət göstərdiyini qeyd edən nazir Ş.Mustafayev komissiyanın növbəti iclasının Çexiyada keçiriləcəyini bildirib. Ölkələrimiz arasında ticarət əlaqələri genişlənir və ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir və çex şirkətləri ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Mərkəzi Avropa üzrə Azərbaycan ticarət nümayəndəsinin təyin olunması Çexiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli mexanizmdir. Bununla yanaşı, Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları da araşdırılacaq. Azərbaycan və Çexiyanın sənaye, tranzit, İKT, maliyyə, sığorta, turizm sahələrində əməkdaşlıq imkanları genişdir. Belə ki, Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində Çexiya şirkətləri iştirak edə, birgə müəssisələr yaradıla bilər. Kimya sahəsində əməkdaşlıq imkanları genişdir və bunun üçün Azərbaycanda ixtisaslaşmış Sumqayıt Kimya Sənaye Parkı, polietilen və propilen istehsal edən zavod fəaliyyət göstərir. Bundan başqa, Çexiya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə, əczaçılıq sahəsində əməkdaşlıq həyata keçirilə bilər. M.Novakova Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, Çexiyanın ölkəmizlə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bu sahədə fikirlərini bölüşən M.Novakova sənayenin müxtəlif sahələri, tikinti, turizm, logistika, İKT, birgə müəssisələrin yaradılması sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını qeyd edib. Çexiyalı nazir Praqada və Çexiyanın digər şəhərlərində Azərbaycanın Ticarət Evlərinin açılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, bunun ticarət əlaqələrinin genişləndirilməsi və Azərbaycan məhsullarının Çexiyaya ixracının artırılmasında önəmini qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
