Baş nazirin müavini: Türkiyə-Azərbaycan birliyini heç vaxt pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil13-09-2018, 13:21
Çap et Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib. O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyini pozmaq istəyən qüvvələr var: "Onlar müxtəlif dövrlərdə də bu birliyi pozmağa çalışıblar. Biz qürur hissi ilə deyə bilərik ki, heç vaxt bu birliyi pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil". Ə.Əhmədov bildirib ki, Türkiyə-Azərbaycan birliyi çox möhkəm təməllər üzərində qurulub: "Bu, bizə deməyə əsas verir ki, bu birliyi bundan sonra da pozmaq mümkün olmayacaq. Çünki bu birlik ötəri, təsadüfi mənafelər, münasibətlər üzərində deyil, möhkəm münasibətlər üzərində qurulub, keçmiş və gələcəyin birliyindən qaynaqlanır". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
