Heqiqet.Az » sosial » Nazir: "Birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların siyahıları üzərində dəqiqləşdirmə işləri yekunlaşıb"


Nazir: "Birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların siyahıları üzərində dəqiqləşdirmə işləri yekunlaşıb"

18-09-2018, 11:26
Çap et
Nazir: "Birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların siyahıları üzərində dəqiqləşdirmə işləri yekunlaşıb" "Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb".
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında deyib.
O bildirib ki, vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq: "Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək".
S.Babayev həmçinin vurğulayıb ki, dövlət başçısının 2018-ci il 2 avqust tarixli 382 nömrəli Sərəncamının Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatı proqramının gücləndirilməsinə səbəb olub. Sərəncamla cari ildə həmin insanlar üçün əlavə olaraq minimum 300 mənzil alınması ilə bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 500-dən çox mənzilin verilməsinə imkan yarandığı, mənzillərin satınalınması üçün açıq tenderin elan olunduğu bildirilib. Həmçinin fərdi yaşayış binalarının inşasının davam etdirildiyi, çoxmənzilli binalarda tikinti işlərinin də başa çatmaqda olduğu qeyd edilib.
Qeyd edək ki, kollegiya şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Qaydaları təsdiqləyib.
Reytinq: