Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var21-09-2018, 16:47
Çap et Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib. Binəli Yıldırım bildirib ki, Azərbaycan və Türkiyə 100 il əvvəl tarix səhnəsindən silinməmək üçün böyük bir mübarizə aparıblar. Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan parlamenti 100 il əvvəl vacib bir vəzifəni icra edib. Bu gün də Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük inkişaf yolu keçib və iqtisadi nailiyyətlər əldə edib. Bakı küçələrində gəzərkən bu inkişafı görmək mümkündür. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb, bölgədə sülh və sabitliyə mühüm töhfə verib. Türkiyə hər zaman Azərbaycanın yanında olub, onun müstəqilliyini dəstəkləyib. Azərbaycan və Türkiyə bölgədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm layihələri birgə reallaşdırıblar. Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi və bu kimi digər təşəbbüslər əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
