Yeməkdən sonra bunları etməyin - FAYDALI MƏSLƏHƏT27-09-2018, 10:29
Çap et Yemək yedikdən sonra yatmaq həzm sisteminin yetərincə işləməməsinə, bağırsaq iltihablanmasına və mədə pozulmasına gətirib çıxarır. Eyni zamanda yemək yedikdən sonra yatmaq kilo artımına səbəb olur. Yemək yedikdən sonra çimmək də olmaz. Çünki yeməkdən sonra qəbul edilən duş qan təzyiqini əl və ayaqlara doğru artırır ki, bu da həzm proseslərinə mənfi təsir göstərir. Yemək yedikdən sonra piyada gəzmək də zərərli imiş. Belə ki, yemək yeyən kimi piyada uzun yol qət etmək həzmə ziyan vurur, yediyiniz yeməyin faydasının qalmamasına gətirib çıxarır. Yemək yedikdən 1 saat sonra piyada gəzmək olar. Yemək yedikdən sonra kəmərinizi açmayın. Yeməkdən sonra kəməri boşaltmaq bağırsaq düyünlənməsinə səbəb ola bilər. Yemək yedikdən sonra çay içmək də orqanizm üçün ziyanlıdır. Yeməkdən sonra içilən çay qidalarınızla qəbul etdiyiniz dəmir mineralının və zülalların bədən tərəfindən mənimsənilməsini məhdudlaşdırır. Yeməkdən sonra meyvə yemək olmaz. Bu köpə, qarın ağrılarına səbəb olur Yeməkdən sonra siqaret çəkmək də orqanizm üçün xüsusi təhlükəlimiş. Belə ki, yeməkdən sonra çəkilən bir siqaret 10 siqaretə bərabər hesab edilir. Və bu da xərçəngə yoluxma riskini artırır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
