Azərbaycanda hamı o sürücünü axtarır27-09-2018, 10:47
Çap et Bu addım müsbət qarşılansa da, həmin sürücünün kimliyi, hansı marşrut xəttində fəaliyyət göstərməsi haqqında məlumat yoxdur. Aidiyyəti qurumlar, o cümlədən, Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sözügedən sürücünün kimliyini müəyyən etmək üçün axtarışa başlayıb. BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiriMais Ağayev sosial şəbəkələrdə yayılan fotoda marşrut xəttinin nömrəsinin, avtobusun dövlət qeydiyyat nişanının görünmədiyini xatırladıb. Mais Ağayev sözügedən marşrutun Bakıda və Sumqayıtda deyil, regionlarda fəaliyyət göstərdiyini düşünür. DANX-ın mətbuat katibi Nuridə Allahyarova da həmin sürücünü axtardıqlarını söyləyib. O qeyd edib ki, Bakı və Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda bu elana rast gəlinməyib: "Çox güman ki, bu, rayonlararası marşrut xətlərindən birinin avtobusudur. Sürücünün kimliyi bəlli olduqda ictimaiyyətə məlumat veriləcək”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
