Tbilisidə retro avtomobillərin rallisi keçirilir3-10-2018, 09:58
Çap et Yarışda 35 retro avtomobil iştirak edir. Ən "yaşlı” avtomobil 1922-ci ildə istehsal olunmuş "Vauxhall 30/98” markalı minik maşınıdır. Ən "gənc” avtomobil isə 1951-ci ildə istehsal edilmiş "Jaguar Mark V Dropead Coupe” avtomobilidir. Doqquz ölkədən gəlmiş 60 iştirakçı-iş adamı oktyabrın 2-də Tbilisinin mərkəzindən Vardziya şəhərinə yola düşüb. Oktyabrın 3-də onlar Vardziyadan Barjomi, Tsxaltubo və yüksək dağ yamacında yerləşən Uşquli kəndindən keçməklə Mestiyaya gedəcək, sonra isə yenidən Tbilisiyə qayıdacaqlar. Oktyabrın 9-da iştirakçılar yenidən Tbilisinin mərkəzindən Kaxeti istiqamətində hərəkətə başlayacaqlar. Onlar Sqinaxi və Kazbeqi şəhərlərini, Lapota gölünü dolandıqdan sonra Tbilisiyə qayıdacaqlar. İştirakçılar oktyabrın 14-dək ümumilikdə 2500 kilometrdən çox məsafə qət edəcəklər. Rallidə bir azərbaycanlı iş adamı da var. Yarış SilikNet, TBC bank, Tsikolia, Gulf və digər şirkətlər tərəfindən təşkil olunub. ( Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
