Son 3 ildə 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib3-10-2018, 11:12
Çap et Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, anoloji işlər Babək prosektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də aparılır. Burda uzunluğu 325 metr olan əlavə xəttin çəkilişi işləri görülür. Məqsəd sözügedən ərazidə intensiv yağıntılar zamanı yolun hərəkət hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə əlavə 9 ədəd yağış barmaqlığının quraşdırılması da nəzərdə tutulub. Bundan başqa səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə mövcud kiçik həcmli yağış barmaqlıqları böyük ölçülü barmaqlıqlarla əvəz olunur. Bu işlər çərçivəsində ilkin olaraq 100-ə yaxın yağış barmaqlığı dəyişdirilir. Həmçinin yol kənarlarında yerləşən yağış barmaqlıqları və yağış-kanalizasiya quyularının içərisi də təmizlənərək ötürücülüyü bərpa olunur. Ümumilikdə son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb, yağış və kanalizasiya kollektorlarının olmadığı ərazilərdə də yağış-kanalizasiya sistemi qurulması işləri aparılıb. Bu zaman xətlər səth sularının axıdılması üçün xüsusi qazılmış quyulara birləşdirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
