Karapetyan helikopter qəzasında öldü, daha bir erməninin meyiti tapıldı4-10-2018, 12:36
Çap et Bu barədə "TASS” agentliyi Rusiya fövqəladə xidmətindəki mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, göyərtəsində Karapetyanın olduğu helikopter dünən axşam saatlarında Kostroma əyalətinin Vonşevo kəndində qəzaya düşüb. Nəticədə baş prokurorun müavini həlak olub. Onunla yanaşı, hadisə yerində daha 2 nəfərin cəsədi aşkarlanıb. Onlardan biri kəndin erməni sakini Arek Aratyunyan, digəri isə pilot Mixnovdur. İnsidentlə bağlı cinayət işi açılıb. Məlum olub ki, Karapetyanın olduğu "AS-350" helikopteri icazəsiz uçuş həyata keçirib. Nəticədə hava şəraitinin pis olması səbəbindən helikopter meşədə qəzaya düşüb. Rusiya baş prokurorunun müavininin məzuniyyətdə olduğu bildirilib. Lakin Rusiyanın aidiyyatı orqanları Karapetyanın ölümü ilə bağlı yayılan məlumatlara rəsmi şəkildə münasibət bildirməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
