Heqiqet.Az » sosial » Saxta bal sahibləri ilə müvafiq iş aparılacaq


Saxta bal sahibləri ilə müvafiq iş aparılacaq

4-10-2018, 17:15
Çap et
Saxta bal sahibləri ilə müvafiq iş aparılacaq XIX arıçılıq məhsullarının sərgi-satış yarmarkasına saxta bal məhsulları təqdim etmiş fermerlər müəyyən edildikdən sonra onların təsərrüfatlarına baxış keçiriləcək.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, agentliyin əməkdaşları bu fermerlərin məhsulu hansı şəraitdə istehsal etməsi ilə yaxından tanış olacaq, onların səhvlərini müəyyənləşdirəcək və onlarla müvafiq iş aparılacaq.
Reytinq: