Azərbaycan telekommunikasiya sahəsində asılılığı tam aradan qaldırıb8-10-2018, 12:03
Çap et Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri" üzrə Beynəlxalq Məktəbin öz işinə başlaması münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, 10 il əvvəl Azərbaycan özünün peyklərini orbitə çıxarmaq fikrini elan edəndə çoxları buna skeptik yanaşırdılar: "Lakin 2010-cu ildə Azərbaycanın ilk peykini orbitə çıxarması bu niyyətin ötəri olmadığını göstərdi. Bu yaxınlarda 3-cü peykin orbitə buraxılması Azərbaycanın telekommunikasiya sahəsindəki imkanlarını daha da genişləndirir". A.Əlizadə əlavə edib ki, Azərbaycanın peyklərini idarəedən mütəxəssislərin böyük əksəriyyəti gənc azərbaycanlı kadrlardır. Peykin yaratdığı imkanlar hesabına Azərbaycan alimlərinin elmi-tədqiqat obyektlərini genişləndirdiyini nəzərə çatdıran A.Əlizadə deyib ki, tədqiqatlar beynəlxalq elmi əməkdaşlığı daha da gücləndirəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
