Heqiqet.Az » hadise » Cavid Hüseynov həbs edildi


Cavid Hüseynov həbs edildi

11-08-2015, 17:42
Çap et
Cavid Hüseynov həbs edildiOnun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib
Bir neçə dəqiqə əvvəl Sabayel Rayon Məhkəməsində futbolçu Cavid Hüseynov həbs olunub.
Lent.az-ın musavat.com-a istinadən xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Sabayel Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimata baxılıb və futbolçu 3 ay müddətinə həbs olunub.
C.Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. C.Hüseynovun vəkili Adəm Məmmədov məlumatı təsdiqləyib. Bildirib ki, futbolçu barəsində həbs qərarından apelyasiya şikayəti veriləcək.
Reytinq: