Cərimələrin 50 faizi bu qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək10-10-2018, 11:34
Çap et Bununla bağlı "Baytarlıq haqqında" qanuna əlavə edilir. "Baytarlıq haqqında" qanuna əlavənin edilməsini nəzərdə tutan yeni qanun layihəsi Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə hazırlanıb. Layihə "Baytarlıq haqqında" qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin agentliyin hesabına köçürülməsini nəzərdə tutur. Yeni təklif edilən əlavəyə görə, "Baytarlıq haqqında" qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
