Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb12-10-2018, 10:16
Çap et Müdafiə Nazirliyindən verilən məlumata görə, Özbəkistanın müdafiə naziri hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib. Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki istiqamətdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Özbəkistan hərbi təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı Azərbaycanla birgə tədbirlər keçirilməsini planlaşdırır. Söhbət zamanı qeyd olunub ki, Özbəkistanın hərbi mütəxəssisləri Azərbaycan ərazisində keçirilən beynəlxalq təlimlərdə müşahidəçi kimi iştirak edəcəklər. Görüşün sonunda Azərbaycanın və Özbəkistanın müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
