Neymar PSJ klubunu tərk edə bilər19-10-2018, 09:32
Çap et PSJ futbol klubunun hücumçusu Neymar gələn ilin yayında komandadan ayrıla bilər.
Xarici KİV-lər xəbər verir ki, klub rəhbərliyi və futbolçu arasındakı anlaşmaya əsasən, Neymar yay transfer dövründə 220 milyon avro müqabilində başqa komandaya transfer oluna bilər. Əgər transfer baş tutmasa, 2020-ci ildə bu məbləğ 200 milyon avroya enəcək. Neymarın yenidən "Barselona”ya qayıdacağı gözlənilir. Əvvəllər "Real” klubunun da hücumçu ilə maraqlandığı bildirilirdi. Ancaq Madrid təmsilçisi rəsmi bəyanatla bu xəbəri təkzib edib. Qeyd edək ki, braziliyalı futbolçu iki il əvvəl 222 milyon avro müqabilində "Barselona”dan PSJ-yə keçib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|