Heqiqet.Az » sosial » Metroda su axıntısı təhlükəlidirmi?


Metroda su axıntısı təhlükəlidirmi?

12-08-2015, 13:55
Çap et
Metroda su axıntısı təhlükəlidirmi? Bakı Metropolitenin mətbuat katibi Nəsimi Paşayev dünən “Sahil” stansiyasında yaşanan problemın yenidən təkrar oluna bilməsi haqda danışıb.
N.Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu halın təkrarlanması gözləniləndir:
“Metropolitendə su axıntısının artıb-azalması hər zaman gözlənilən haldır. Stansiyalarda olarkən özünüz də görürsünüz ki, su axıntısı var. Bizim 24 saat ərzində nasoslarımız və mütəxəssislərimiz işləyir. Dünən “Sahil” stansiyasının yaxınlığında suyun miqdarında artma müşahidə olundu. Hər hansı bir xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üçün biz o istiqamətdə hərəkəti dayandırdıq. Gərginliyi ayırdıq, stansiyadan bütün insanları çıxartdıq, qatarların hamısı tuneldən çıxdı, ondan sonra bizim mütəxəssislər həmin mənbəni tapıb su axıntısının qarşısını aldılar. Təxminən 1 saat 20 dəqiqədən sonra hərəkət bərpa olundu”.
Qeyd edək ki, dünən günorta saatlarında “Həzi Aslanov – İçərişəhər” istiqamətində hərəkət edən qatarlar “Nizami” stansiyasından geri qayıdırdı. Buna səbəb isə tuneldə yaranan problem idi.

Reytinq: