Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev İmişli rayonuna səfərə gəlib


Prezident İlham Əliyev İmişli rayonuna səfərə gəlib

22-10-2018, 12:28
Çap et
Prezident İlham Əliyev İmişli rayonuna səfərə gəlib Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.
Reytinq: