May ayında iqtidar-müxalifət görüşü baş tutacaq1-05-2015, 12:58
Çap et ![]() Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından bu ay siyasi partiyalarla növbəti görüşün keçirilməsi barədə təklif daxil olub. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. P. Hüseyn bildirib ki, görüşdə müzakirəyə çıxarılması üçün bir neçə mövzu və görüşün keçirilməsi vaxtı ilə bağlı da təklif var. Bu təklifləri açıqlamaq istəməyən P. Hüseyn bildirib ki, Ə. Həsənov adından daxil olan təklifin müzakirəsi ilə bağlı bu gün saat 16:00-da Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) qərargahında “Azadlıq-2015” blokuna daxil olan partiyaların toplantısı keçiriləcək. Toplantıda aparılan müzakirələrdən sonra iqtidarla növbəti görüş və müzakirəyə çıxarılacaq məsələlərlə bağlı ictimaiyyətə məlumat veriləcək. KXCP sədri Mirmahmud Mirəlioğlu da Prezident Administrasiyasından növbəti görüş barədə təklifin daxil olduğunu təsdiqləyib və “Azadlıq-2015” blokunun bu gün keçiriləcək toplantısından sonra məsələ barədə məlumat verəcəklərini qeyd edib. Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

