İkinci "Titanik" tikilir - gəminin ilk səfər marşrutu da açıqlanıb24-10-2018, 13:27
Çap et "Titanic -2” layihəsi üzərində işlər avstraliyalı biznesmen Klayv Palmerin rəhbərlik etdiyi "Blue Star Line” kompaniyası tərəfindən həyata keçirilir. Layihəyə 2012-ci ildə start verilsə də, 2015-ci ildə maliyyə çətinliyi səbəbindən onun tikintisi dayandırılıb və yalnız bu ilin sentyabr ayında bərpa olunub. Kompaniya gəminin orijinal tarixi interyerini təkrarlamağı və bununla yanaşı, bütün təhlükəsizlik tədbirlərini nəzərə alaraq onu müasir naviqasiya sistemi ilə təchiz etməyi planlaşdırır. 2,4 min sərnişini və 900 ekipaj üzvünü daşıya biləcək laynerin tikintisi 500 milyon dollar həcmində qiymətləndirilir. Palmerin sözlərinə görə, yeni "Titanic” ilk reysini Sinqapurdan Dubaya edəcək, sonra Sauthemptona, oradan isə Atlantik okeanını keçərək Nyu-Yorka yollanacaq. Kompaniyanın planına əsasən, gəmi yay ayları ərzində Böyük Britaniyadan ABŞ-a həftəlik reyslər həyata keçirəcək. Xatırladaq ki, "Titanic” 1912-ci il aprelin 10-da Sauthemptondan Nyu-Yorka ilk və sonuncu səfərinə çıxmışdı. Gəmi aprelin 14-dən 15-nə keçən gecə Şimali Atlantikada aysberqlə toqquşaraq 2 saat 40 dəqiqədən sonra batmışdı. Qəza zamanı təxminən 1,5 min nəfər həyatını itirmiş, 712 sərnişin və ekipaj üzvü isə xilas ola bilmişdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
