Bir həftəyə fantastik sürətlə arıqlayın30-10-2018, 10:11
Çap et Təcrübədən demək olar ki, 1 həftəyə sağlam şəkildə müəyyən qədər çəki itirmək olur. Təbii ki, mədə- bağırsaq, hormonal və digər xəstəliyiniz yoxdursa. Doğrudur, bu həftə ərzində əsəbi olacaq, və bir çox əhvalınızı qaldıran qidalardan imtina edəcəksiniz. Lakin əldə etdiyiniz nəticə bütün bunlara dəyəcək. Beləliklə, aşağıdakılara riayət edərək 1 həftəyə ən az 3 kq çəkidən azad olun: Bu qidaları və içkiləri rasionunuzdan tamam çıxarın: 1. kartof 2. qazlı içkilər 3. un məmulatları (həftə ərzində 2 dəfə istisna edib, az miqdarda çörək yemək olar) 4. şirniyyat ( bu siyahıya həmçinin şəkərlə zəngin meyvələr daxildir, məsələn banan və üzüm) 5. yağlı ət növləri 6. qızardılmış yeməklər 7. spirtli içkilər Az miqdarda yemək olar: 1. gün ərzində 1 qaşıq zeytun yağı 2. həftə ərzində 2 ədəd toyuq yumurtası 3. yulaf və qarabaşaq sıyığı ( bir qaşıq bitki yağı ilə) Bu qida və içkiləri qəbul etmək vacibdir: 1. gün ərzində 1,5 litr su 2. yaşıl çay və bitki çayları 3. günün ilk yarısında 200 ml qatqısız meyvə şirəsi 4. gün ərzində 1 fincan şəkərsiz qəhvə Vacib göstərişlər: 1. bir sutkalıq qəbul edilmiş qida 1200 kkal az olmamalıdır 2. sutka ərzində ən az 8 saat fasiləsiz yuxu 3. tez- tez lakin az miqdarda yemək 4. qaynadılmış qidalara üstünlük vermək 5. orqanizmin gücdən düşməməsi üçün multivitaminlər qəbul etmək 6. gün ərzində 10 dəqiqə idmanla məşğul olmaq Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
