Heqiqet.Az » siyaset » Səbail, Beyləqan və Şamaxı rayonlarına yeni icra başçıları təyin edilib


Səbail, Beyləqan və Şamaxı rayonlarına yeni icra başçıları təyin edilib

30-10-2018, 17:30
Çap et
Səbail, Beyləqan və Şamaxı rayonlarına yeni icra başçıları təyin edilib Prezident İlham Əliyev Asif Əzizağa oğlu Ağayevin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə A.Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Prezidenti, həmçinin Tahir Nadir oğlu Məmmədovun Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Vüqar Zeynalovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Reytinq: