Qadın alveri ilə məşğul olan müğənni AZADLIĞA ÇIXDI30-10-2018, 17:47
Çap et Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Təranə Muradovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Təranə Muradovanın ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb, orada insan alverinə məruz qoyması faktı müəyyən edilib. Onun barəsində Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Təranə Muradova Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
