Heqiqet.Az » sou » Rəqsanədən Təranə haqqında sok: “Üzümə 40 nəfər adam qoydu…”


Rəqsanədən Təranə haqqında sok: “Üzümə 40 nəfər adam qoydu…”

1-11-2018, 12:52
Çap et
Rəqsanədən Təranə haqqında sok: “Üzümə 40 nəfər adam qoydu…” Müğənni Rəqsanə İsmayılova sabiq prodüseri, hazırda həbsxanada olan Təranə Səmədovanın həbsinə münasibət bildirib.
Sənətçi bu barədə "instaqram" səhifəsində yazıb.
Rəqsanə qeyd edib ki, Təranə Səmədova bu gün yaşadıqlarını illər öncə o, ailəsi ilə birlikdə yaşayıb:
"Bu gün baxıram və bunu demək istəyirəm ki, bir neçə ilə nəzər salın, baxın. Bu gün yaşadıqlarını mən və ailəm bir vaxtlar yaşadıq. Neçə illər mənim başıma gəlməyən qalmadı. Hansı ki, indi o qardaşlar da həbsdədir. Uşağımın adına açılan sosial şəbəkədə profil, bacımın, anamın başına gətirilən oyunlar... Ancaq mən bu günə kimi dözdüm. Ailəmin arxasında oldum. Nələr çəkdim - bir Allah bilir.
Bu gün Təranənin halına sevinmirəm. Çünki balası var. Allah yenə də qapısını açsın, İradə xalaya səbr versin. Anası çox yaxşı insandır, heç kimə pislik etməyib, çörəyin yeyib, ayağının altını qazmayıb.
Təranə hər yerdə mənim haqqıma girirdi. Təranə, nələr etdin! Övladım məktəbə getməyə utanırdı.
Dünən onun başına gələnləri oxuduqca, bütün başıma gələnlər gözümün qabağından keçdi. Dedim, Rəqsanə sən nələrə dözüb, sinə gərdin... Hanı o qardaşlar, hardadır? Onlar da həbsdədir. Onlarla əlbir olub mənə nələr etmədiz? Üzümə bəlkə 40 nəfər adam qoydunuz, yalan yerə. Heç nə sübut olmadı, qanun isə xitam verdi.
Amma mən elə ürəyə sahibəm ki, onun ailəsinə kömək olaram. Bilirəm ki, heç kimləri yoxdur. Bir il tez gəlib keçər, övladının yanında olarsan".
Qeyd edək ki, qadın alverində ittiham olunan Təranə Səmədova həbs olunub.
Reytinq: