Rusiya bütün dünyaya təhlükə yaradır - ABŞ-ın dövlət katibi2-11-2018, 10:08
Çap et "Rusiyanın iqtisadiyyatı çox kiçik, nüvə arsenalı isə çox böyükdür, bu isə təkcə ABŞ üçün deyil, bütün dünya üçün təhlükə yaradır". Bu fikirləri ABŞ-ın dövlət katibi Mayk Pompeo səsləndirib. Onun sözlərinə görə, Rusiya və Çinin belə fəaliyyətinə ciddi cavab vermək lazımdır. "Amerikanın səsi" radiosunun məlumatına görə, dövlət katibi vurğulayıb ki, Donald Tramp ABŞ-ın əvvəlki prezidentlərindən fərqli olaraq, Rusiya prezidenti Vladimir Putinə qarşı sərt siyasət yürüdür. "Ancaq buna bxmayaraq bizim bəzi sahələrdə Rusiya və Putinlə ortaq fikirlərimiz var. Mən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olarkən bunların şahidi olmuşam. İstəyirik ki, Rusiya dünya üçün təhlükə yaradacaq sahələrdən uzaq dursun. Başqa ölkələrin daxili işlərinə, keçirilən seçkilərə müdaxilə etməsin. Misal üçün bu müdaxiləni Ukraynada görmüşük",- deyə Pompeo bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
