Heqiqet.Az » dunya » Toydan sonra faciə: gənc cütlük helikopter qəzasında həlak olub


Toydan sonra faciə: gənc cütlük helikopter qəzasında həlak olub

5-11-2018, 14:55
Çap et
Toydan sonra faciə: gənc cütlük helikopter qəzasında həlak olub ABŞ-ın Texas ştatında gənc cütlük toy mərasimindən yarım saat sonra helikopter qəzasında həlak olub.
ABC13 telekanalının yaydığı məlumata görə, qəza noyabrın 4-nə keçən gecə bəy və gəlinin ailə malikanəsinin yerləşdiyi Texas ştatının cənubunda baş verib. Toy mərasimindən sonra onların mindiyi "Bell 206B” helikopteri Yuvalde şəhərindən 15 mil şimal-qərbdə yerə çırpılıb. Qəza gənc cütlüyün və pilotun ölümü ilə nəticələnib.
Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.
Reytinq: