Heqiqet.Az » gundem » Sərhədçilər qayıqla İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxsləri saxlayıblar


Sərhədçilər qayıqla İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxsləri saxlayıblar

6-11-2018, 18:50
Çap et
Sərhədçilər qayıqla İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxsləri saxlayıblar İrandan Azərbaycana narkotik keçirmək istəyən 2 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, noyabrın 4-də saat 15:25 radələrində DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonu Şahağacı kəndi istiqamətində İİR-dən AR-ə doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkar edilib.
Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanmış və İİR sularına doğru geri üzüb. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarə­tə götürülüb. 2018-ci ilin 5 noyabr tarixində saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinat­lar­da suya keçirilmiş baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi açılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Reytinq: