UEFA Çempionlar Liqasının 4-ci turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR7-11-2018, 10:33
Çap et Turun mərkəzi qarşılaşması İtaliyada oynanılıb. "Napoli” doğma meydanda PSG klubunu qəbul edib. Fransızlar birinci hissəsinin sonuncu dəqiqəsində Juan Bernatin sayəsində hesabda önə keçsə də, qarşılaşmanın 63-cü dəqiqəsində qapılarında qol görüblər. Lorenso İnsinya fərqlənib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. C qrupunun digər oyununda sensasiya qeydə alınıb. Turnirin son finalçısı "Liverpul” səfərdə "Crevena Zvezda”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Turun digər maraq doğuran oyunu "İnter" və "Barselona" klubları arasında baş tutub. Bu oyunda hesab 83-cü dəqiqədə açılıb. Meydançaya yenicə daxil olmuş Malkom fərdi ustalığı sayəsində iki müdafiəçini geridə qoyaraq qapıya dəqiq zərbə vurub. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri matçın 88-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Mauro İkardi adını tabloya yazdırıb. A, B, C, D qruplarında aşağıdakı nəticələr qeydə alınıb: A qrupu "Atletiko Madrid" (İspaniya) -"Borussiya Dortmund" (Almaniya) -2:0 "Monako"-"Brügge" - 0:4 B qrupu "Tottenhem" (İngiltərə) - PSV (Nideland) - 2:1 "İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1 C qrupu "Crevena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə) - 2:0 "Napoli" (İtaliya) - PSG (Fransa) - 1:1 D qrupu "Porto" (Portuqaliya) - "Lokomotiv" (Rusiya) - 4:1 "Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0. Qeyd edək ki, dördüncü tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
